Rusiya Ukrayna ərazisində həyata keçirilən hərbi əməliyyatlarda iştirak etməkdən boyun qaçıran vətəndaşlarını cinayət məsuliyyətinə cəlb edəcək.
HİT.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi, Ukrayna-NATO əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən Müdafiə İslahatları Mərkəzinin rəhbəri Aleksandr Danilyuk çıxış edib.
“Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi qulluqçular üçün olan müqavilənin mətnini yeniləyib və Ukrayna ərazisində aparılan xüsusi əməliyyatda iştirakdan imtinaya görə cinayət məsuliyyəti müəyyən edən müddəa əlavə edib”, - deyə Aleksandr Danilyuk vurğulayıb.