Ukrayna dünyadan təcili maliyyə yardımı istədi: “Ölkənin taleyi həll olunur”

DÜNYA
14:25 / 13.04.2022
1200

Ukraynanın maliyə naziri beynəlxalq aləmə Ukraynaya təcili maliyyə yardımı üçün müraciət edib. 

Qaynarinfo "Financial times” qəzetinə istinadən xəbər verir ki, nazir Rusiyanın başlatdığı müharibənin Ukraynada səbəb olduğu maliyyə kəsirini qapamaq üçün ölkəsinin milyardlarla dollar yardıma ehtiyacı olduğunu bildirib. 

Mart ayında hökumətin xərcləri gəlirlərini 2.7 milyard dollar üstələyib. Aprel və may aylarında bu rəqəmin 5 və 7 milyard dollara çatacağı təxmin edilir. 

"Biz çox pis maliyyə vəziyyətində böyük stres altındayıq. İndi əsas sual ölkəmizin yaşaması məsələsidir”, -  deyə ukraynalı nazir bildirib. 
Nazir deyib: "Əgər bu müharibəni davam etdirməyimizi, qalib gəlməyimizi istəyirsinizsə, bizə kömək edin”.

Marçenko Rusiyanın başlatdığı müharibənin Ukrayna iqtisadiyyatına vurduğu dəhşətli ziyanı açıqlayıb. Mülki və hərbi infrastruktura dəyən zərər 270 milyard dollar dəyərində qiymətləndirilir. Ümumilikdə indiyə qədər ölkədə 7 min yaşayış binası dağıdılıb. 

Ukrayna vəziyyətdən təcili çıxması üçün Qərb tərəfdaşlarından maliyyə yardımı, həmçinin Beynəlxalq Valyuta Fondu və Dünya Bankından maliyyə ayrılmalarının təsdiqlənməsini istəyir. 

Bildirilir ki, Ukrayna biznesinin 30%-i fəaliyyətini dayandırıb, 45%-i isə məhdud imkanlarla işləyir. Elektrik istifadəsi 35% azalıb, ticarət çöküb. 
Kiyev İqtisadiyyat Məktəbinin hesablamalarına görə, müharibə nəticəsində ölkəyə dəyən ümumi zərər 600 milyard dollar civarındadır. 

Marçenko Rusiyanın Ukraynaya təzminat ödəməli olduğunu və Rusiyaya qarşı beynəlxalq iddia qaldıracaqlarını deyib. 

0