Ermənistan ordusu xaos və qalmaqal əskik olmur: Asfalt monopolisti nə edə biləcək?

ÖLKƏ
16:20 / 13.04.2022
606

Bu günkü reallıqların fonunda Ermənistanda Ordu quruculuğu və ölkənin təhlükəsizlik sistemlərinin bərpası baxımından nəinki müsbət irəliləyiş yoxdur, hətta geriləmə də qeydə alınıb. Belə ki, hazırda Ermənistan Müdafiə Nazirliyinin (EMN) Silahlı Qüvvələrinin vəziyyəti 2020-ci illə müqayisədə daha xaotik vəziyyətdədir. Məhz bunun da  nəticəsidir ki, 44 günlük müharibədən sonra EMN-də 4 nazir dəyişdirilib. Sonuncu nazir isə heç vaxt hərbi sahədə çalışmayıb. Birneçə illik ümumi idarəçilik təcrübəsi olan bu şəxs belə bir nəhəng struktura necə rəhbərlik edəcək? Axı bu şəxs ölkəsində adah çox asfalt və yol monopolisti kimi tanınır!

Ermənistan ordusunda baş verən korupsiya və dərəbəylik səbəbindən idi ki, 2021-ci ilin avqustun 18-də ölkənin  keçmiş prezidenti Armen Sarkisyanın fərmanı ilə general-mayor Jirayr Poğosyan 1-ci Ordu Korpusunun komandiri vəzifəsindən azad edildi. Buna baxmayaraq, orduda baş verən korrupsiya halları yenə də öz həllini tapmadı. Bu ilin fevralın 24-də Ermənistan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyanın fərmanı ilə Artak Davtyan yararsız raketlərin və digər silah-sursatların satin almasına cavabdeh olan şəxs kimi Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edildi. 

Ermənistan Respublikası Silahlı Qüvvələrində yaranmış acınacaqlı vəziyyətlə bağlı hökümət başçısı islahatlar adı ilə 1-2-ci  korpusu Əlahiddə Ordu Korpusuna birləşdirildi.

Qeyd edək ki, ER Silahlı Qüvvələrinin 1-ci Ordu korpusu Sünik (Zəngəzur) vilayətinin Gorus şəhərində, 4-cü Ordu korpusu isə Yegeqnadzorda yerləşirdi. Bir sözlə, bu iki hərbi hissənin birləşməsi müharibədən sonrakı Ermənistan Ordusunda yaranmış xaos vəziyyətindən xilas olması ilə bağlı olduğunu nəzərə alsaq, nəticədə hökümətin bu addımı da Orduda baş verənlərin qarşısını ala bilmədi. 

Orduda yeni struktur dəyişikliyindən tutmuş kadr  islahatlarına qədər ciddi problemlərin olması Ordunun təminatından da yan keçmir. Son zamanlar sosial şəbəkələrdə yayılmış bir videoda Ermənistan ordusunda  əsgər çörəyinin Qafandan Meğri hərbi hissəsinə hansı şəraitdə çatdırılması böyük qalmaqala səbəb olub. 

Daha maraqlısı isə videoda əks olunan məlumatlardır. Məlum olur ki, rüsvayçı sanitar şəraitdə Meğri hərbi hissəsinə çatan əsgər çörəyi Qafanda bişirilir və 100 kilometrlik yolu keçib, sonra isə Meğriyə çatır.

Torbalarda təzə bişmiş çörəyin 100 km-dən sonra Meğridə hansı vəziyyətə çatacağı aydındır.

Ermənistan mətbuatında yer alan məlumatlara görə, Qafandan Meğriyə çatan çörək Əlahiddə Ordu Korpusunun komandiri Artaq Budaqyanın qardaşı Arayiq Budaqyanın çörək zavodunda bişirilir. Məllum olur ki, Ordudakı bütün keçmiş tədarükçülər oyundan çıxdıqca, Budaqyanlar xüsusi korpusun hərbi hissələrini təkbaşına çörəklə təmin edirlər.

Artaq Budaqyan general rütbəsini Nikol Paşinyanın hakimiyyəti dövründə alıb, görünür, onun hazırkı müdafiə naziri Suren Papikyanla kifayət qədər yaxşı münasibətləri var. Təsadüfi deyil ki, onun ailəsi regiondakı hərbi hissələrin çörəklə təmin olunmasında xüsusi imtiyaz  əldə edib.

Yeri gəlmişkən, Artaq Budaqyan 2021-ci ildə Əlahiddə Ordu Korpusunun komandiri təyin edilib.

0