ABŞ Moskva və Kiyevin razılığa gələcəyi təqdirdə, bəzi anti-Rusiya sanksiyalarının ləğvi imkanlarını müzakirə etməyə hazır olduğunu açıqlayıb.
32gun.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
O, həmçinin qeyd edib ki, Amerika tərəfi Rusiya ilə Ukrayna arasında danışıqlar prosesində birbaşa iştirak etmir.
"Biz heç bir danışıqlarda birbaşa iştirak etməmişik, çünki hesab edirik ki, burada ukraynalılar başda olmalıdır və biz onları dəstəkləməliyik”- deyə Sallivan qeyd edib.