Xalq artisti simic dedikləri bacısına DƏSTƏK durdu: “Bütün qazancı geyimlərə gedir”

MAQAZİN
15:47 / 15.04.2022
1601

“Əvvəl çəkim hədsiz az olub. 48, 46 kiloqram olurdum. İnsanın yaşa dolduqdan sonra kökəlməsi yaxşıdır. Hamı deyir, ətə-qana gəlmisən, yaxşı olmusan. Deyirlər, pulunu hara xərcləyirsən, yemək yemirsən, simicsən. Guya pulu yığıram, yemək yemirəm. Səhnə incəlik sevir. Allah hərəni bir cür yaradıb, bizim quruluşumuz budur. Biz pəhriz saxlamırıq”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Gülyaz Məmmədova verilişlərin birində deyib.

Müğənni arıq olduğu üçün çoxlarının ona simic dediyini söyləyib.

Bacısı, Xalq artisti Gülyanaq Məmmədova: “Gülyazın bütün qazancı geyimlərə, studiyada mahnı yazdırmağa və tələbələrinə gedir”, - deyə əlavə edib. 

0