General Ukrayanda müharibənin bitəcəyi tarixi açıqladı

DÜNYA
11:58 / 16.04.2022
1717

"Müdafiəçilərimizin qəhrəmanlığı və beynəlxalq tərəfdaşların köməyi sayəsində yaxın üç ayda müharibə Ukraynanın Rusiya üzərində qələbəsi ilə yekunlaşacaq".

Qaynarinfo Gordonua.com-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin istefada olan generalı, xalq deputatı Andrey Kojemyakin Alesya Batsmana müsahibəsində deyib.

"Tərəfdaşlarımızın yardımları, heç vaxt heç kimə təslim olmayan əsgərlərimizin və xalqımızın cəsarəti və dözümlülüyü sayəsində müharibə üç aya başa çatacaq. Bu, mənim fikrimdir", deyə general əlavə edib.
 
Kojemyakinin sözlərinə görə, Ukrayna artıq bütün dünyanı birləşdirə bilib:

"Onlar tez-tez dilimizi, inancımızı və başqa hər şeyi bölüşmək istəyirdilər. İndi isə deyə bilərik ki, bütün dünyanı öz ətrafında birləşdirən qüdrətli Ukrayna xalqı formalaşıb. Avropa Birliyi anlayıb ki, biz hörmətə layiq bir ölkəyik”.

0