Kiyev raket atəşinə tutuldu

12:13 / 16.04.2022
1127

Aprelin 16-da səhər saatlarında Rusiya Kiyevi raket atəşinə tutub.

HİT.az Unian-a istinadən xəbər verir ki, paytaxtın Darnitski rayonu hücuma məruz qalıb. Bu barədə şəhər meri Vitali Kliçko öz "Telegram" hesabında məlumat verib.
Ətraflı

"Dostlar! Səhər saatlarında Kiyev atəşə tutulub. Şəhərin kənarındakı Darnitski rayonunda partlayışlar gurultulu olub. Hazırda xilasedicilər və həkimlər hadisə yerində işləyir. Qurbanlar barədə məlumat dəqiqləşdirilir", deyə mer yazıb.

O, bir daha kiyevliləri "hava hücumu siqnallarına məhəl qoymağa” çağırıb.

Kliçko həmçinin əvvəllər ölkəni tərk etmiş və paytaxta qayıtmağa hazırlaşan kiyevlilərdən hələlik bundan çəkinməyi və təhlükəsiz yerlərdə qalmağı xahiş edib.

1