Rusiyanın daha bir generalı öldürüldü - FOTOLAR

DÜNYA
18:56 / 16.04.2022
1685

Rusiya Federasiyasının 8-ci ordu komandirinin müavini, general-mayor Vladimir Frolov Ukraynada gedən döyüş zamanı həlak olub.

Qaynarinfo xəbər veriri ki, bu barədə Rusiyanın “Fontanka” nəşri məlumat yayıb. 

Nəşrin məlumatına görə, aprelin 16-da Sankt-Peterburqda 8-ci ordu komandirinin müavini, general-mayor Vladimir Petroviç Frolovla vidalaşıblar. Onun dəfn mərasimi Serafimovski qəbiristanlığında hərbi şərəflə keçirilib, mərasimdə qubernator Aleksandr Beqlov iştirak edib. 
Bu barədə Sankt-Peterburq administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qubernatorun sözlərinə görə, Vladimir Frolov döyüşlərdə “igidlik göstərərk həlak olub”.

0