“Telegram”da bir sıra yeniliklər tətbiq edildi

12:10 / 17.04.2022
3013

“Telegram” messencerində bir sıra yeniliklər tətbiq olunub.

Hit.az TASS-a istinadən xəbər verir ki, indi tətbiq istifadəçiləri bildiriş səsləri yarada, bildirişləri söndürmək və mesajları avtomatik silmək üçün taymerlər təyin edə, yadda saxlanmış orijinal mesajla cavabları yönləndirə və yeni nəsil botları inkişaf etdirib istifadə edə biləcəklər.

Artıq tətbiqin yenilənmiş versiyasında siz bildirişləri tamamilə və ya müəyyən müddətə söndürə bilərsiniz.

İstənilən çatlarda taymer parametri ilə mesajların avtomatik silinməsi funksiyası da istifadəçilər üçün əlçatan olub.

Bundan əlavə, şirkət tərtibatçıları “JavaScript”də interfeys yaratmaq üçün yeni alətlər təqdim edib.

0