Ukraynanı 4,8 milyondan çox insan tərk edib

DÜNYA
16:07 / 18.04.2022
1401

Müharibə başlayandan indiyədək 4 894 668 qaçqın Ukraynanın qonşu dövlətlərlə sərhədini keçib.

Hit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.

Bildirilir ki, fevralın 24-dən ölkəni tərk edən Ukrayna vətəndaşlarının yarıdan çoxu Polşadadır. Belə ki, fevralın 24-dən aprelin 17-dək Rusiyaya 484 725 qaçqın, Polşaya 2 780 913, Rumıniyaya 743 880, Macarıstana 461 539 qaçqın gəlib.

0