Paşinyan iki gün Rusiyada olacaq

DÜNYA
19:00 / 18.04.2022
771

Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 19-20-də Rusiya Federasiyasına ikigünlük rəsmi səfər edəcək. 

HİT.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı baş nazir Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Hər iki dövlətin başçıları Ermənistan-Rusiya strateji və müttəfiqlik münasibətlərinin gələcək inkişafı məsələlərini müzakirə edəcəklər. 

Ermənistan Respublikasının Baş nazirinin, Rusiya Federasiyası Prezidentinin və Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında qeyd olunan sazişlərin icrası prosesinin  həyata keçirilməsi məsələsinə toxunulacaq.

Aprelin 20-də Nikol Paşinyan Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienko ilə də görüşəcək. 

Baş nazirin Nijni Novqoroda səfəri də planlaşdırılır. //olke.az

0