"Quran"ın yandırılması AKSİYALARA səbəb oldu - FOTOLAR

DÜNYA
19:27 / 18.04.2022
781

İsveçdə "Quran"ın yandırılması ilə bağlı etiraz aksiyaları 3 gündür davam edir. 

HİT.az xəbər verir ki, iğtişaşlar zamanı 30-dan çox insan yaralanıb. 

Etirazçıların yolu kəsərək polisi daşladıqları bildirilir. Ümumilikdə 40-dan çox adam saxlanılıb.

Qeyd edək ki, baş verənlərə danimarkalı ekstremist, sağçı partiya “Ştram Kurs”un sədri Rasmus Paludanın "Quran"ı yandırması səbəb olub. //lent.az 

0