Ukraynada bu istirahət günləri ləğv edildi

DÜNYA
21:40 / 18.04.2022
1188

Ukraynalıların bu yaz hərbi vəziyyətlə əlaqədar əlavə istirahət günləri olmayacaq.

HİT.az“Unian”a istinadən xəbər verir ki, bu haqda Dövlət Əmək Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

"Hərbi vəziyyət şəraitində əmək münasibətlərinin təşkili haqqında" Ukrayna Qanununun 6-cı maddəsi hərbi vəziyyət dövrü üçün başqa qaydalar, yəni Əmək Məcəlləsinin bayram və qeyri-iş günlərinin müəyyən edilməsinə dair 73-cü maddəsinin dayandırılmasını müəyyən edir. Ona görə də 25 aprel, 2 may və 9 may adi iş günləridir, adi qaydada ödəniş ediləcək”, - məlumatda deyilir.

Qeyd edək ki, Ukraynada 2022-ci ilin bazar ertəsi 25 aprel (24.04.2022-ci il tarixindən tətilin köçürülməsi), 2 may (tətilin 05.01.2022 tarixindən köçürülməsi) və 9 may (tətil) istirahət günləri olmalı idi. 

0