Rusiya Donbasda hücuma başlayıb

DÜNYA
22:18 / 18.04.2022
1218

Rusiya Donbasda hücuma başlayıb.

HİT.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

Bildirlib ki, Rusiya ordusunun sənaye və mülki infrastruktur obyektlərinə raket və bomba zərbələri davam edir.

Qeyd olunub ki, Rusiya Federasiyasının əsas səyləri Donetsk və Luqansk vilayətlərinin ərazisi üzərində tam nəzarətin yaradılmasına və əvvəllər işğal olunmuş ərazilərin əldə saxlanmasına yönəlib.

Məlumata görə, Donetsk və Tauride istiqamətlərində Rusiya hərbçiləri əsas səylərini Liman, Kremennaya, Popasnaya və Rubijnoye yaşayış məntəqələrinin ələ keçirilməsinə yönəldib.

Bununla yanaşı, hazırda Mariupol uğrunda döyüşlər davam edir. Rusiya tərəfi dəniz limanı ərazisində hücum əməliyyatları aparır. Paralel olaraq, Xerson vilayətinin ərazisi üzərində tam nəzarəti bərqərar etmək cəhdləri dayanmaq bilmir.

Eyni zamanda Qara və Azov dənizlərinin akvatoriyasında olan düşmən gəmi qrupları Ukraynanın dəniz sahillərini təcrid etməyə çalışır.

0