“Rusiya ilə Ukrayna arasındakı müharibənin başa çatması üçün gərgin diplomatik səylər göstəririk”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, tərəflər nəzərəçarpacaq irəliləyişə nail olublar:
“Ancaq Buça və İrpendəki görüntülər, Kramatorskda mülki əhalinin hədəf alınması səylərimizə kölgə salıb. Zelenski və Putinlə mütəmadi olaraq telefonla danışıram.
İki lideri Türkiyədə görüşdürmək üçün səylərimizi daavam etdiririk. İki qonşumuz arasında əvvəlcə atəşkəsin, ardınca isə daimi sülhün əldə edilməsi bəşəriyyət üçün ən xeyirxah işlərdən biri olacaq.
Ukraynadakı hadisələr Türkiyənin əhəmiyyətini ortaya qoyub. İstanbuldakı görüşlərdən tərəflər və beynəlxalq aləmin razı qalacağı nəticənin əldə edilməsi üçün işlərimiz davam etdirəcəyik”. “Qafqazinfo”