Uzun illər küsülü olan iki məşhur Əməkdar artist BARIŞDI - FOTO

23:13 / 18.04.2022
2734

Əməkdar artist, Dövlət Musiqili Teatrının aparıcı aktyoru Çingiz Əhmədov uzun illər küsülü olduğu həmkarı, Əməkdar artisti Nahidə Orucova ilə barışıb.

HİT.az xəbər verir ki, onlar Xəzər TV-nin efirində yayımlanan “Təsir dairəsi” verilişində barışıblar.

Xatırladaq ki, Çingiz Əhmədov bir neçə gün bundan əvvəl səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunmuşdu. Aktyor xəstəxanadan evə çıxdıqdan sonra Nahidə Orucova da onu ziyarət edib. Əməliyyatdan sonra həmkarı tərəfindən jest görən aktyor aralarında olan söz- söhbətə son qoyaraq onunla barışıb.

0