“WhatsApp” qərar verdi: çoxdan gözlənilən yenilik gəlir - FOTO

10:01 / 19.04.2022
1587

Dünyanın ən məşhur mesajlaşma proqramlarından birinin istifadəçilərinin əksəriyyəti çoxdan belə parametr arzusunda idi.

“WhatsApp” mesenceri “Son görülmə” statusunu artıq müəyyən edilmiş kontaktlardan gizlətməyə imkan verən yeni seçimi sınaqdan keçirir. Seçim hazırda “beta” versiyalarındadır.

Dünyanın ən məşhur mesajlaşma proqramlarından birinin istifadəçilərinin əksəriyyəti çoxdan belə parametr arzusunda idi.

Bu yeniləmə həm də profil şəklini və “Haqqımda” bölməsini müəyyən kontaktlardan gizlətməyə imkan verir. Bunun üçün “Parametrlər” > “Hesab” > “Məxfilik” > “…dan başqa kontaktlarım” bölmələrindən keçilməli və adlar qeyd edilməlidir./Qazet.az

0