Türkiyənin İraqın şimalında həyata keçirdiyi antiterror əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu həlak olub.
HİT.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, baş leytenant Ömer Delibaş terrorçular tərəfindən yerləşdirilən əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində yaralanıb. Xəstəxanaya çatdırılan Delibaşın həyatını xilas etmək mümkün olmayıb.