Azərbaycanlı və türk hərbçilər FETÖ-çi jurnalistin hədəfində: Onları necə tələyə salıb? - FOTO

ÖLKƏ
11:25 / 19.04.2022
2435

Almaniyada yaşayan amerikalı jurnalist Lindsey Tayler Snellin sosial media vasitəsilə aralarında hərbçilərin də olduğu çox sayda Türkiyə vətəndaşını tələyə salaraq, Türkiyənin hərbi gücü və əməliyyatları ilə bağlı məlumat əldə etməyə çalışdığı müəyyən edilib. 

Qaynarinfo DHA-ya istinadən xəbər verir ki, Snellin "Facebook", "Twitter" və "Instagram" kimi sosial media proqramları vasitəsilə hərbçilərlə əlaqə saxlayaraq, onlardan xüsusilə Liviya, Suriya və Azərbaycandakı türk əsgərləri və hərbi əməliyyatlar ilə bağlı məlumatlar almaq istəyib.

Bundan əlavə Snellin "Tinder” sosial tanışlıq proqramından da istifadə edərək onlarla əlaqə saxladığı, hərbçilərlə cinsi söhbətlər etdiyi, foto və videolar paylaşdığı müəyyən edilib.

AZƏRBAYCANLI ƏSGƏRLƏR HƏDƏFDƏ

Amerikalı jurmalistin İkinci Qarabağ müharibəsi zamanı da Türkiyə və Azərbaycana qarşı fəaliyyət göstərdiyi, Ermənistanla əməkdaşlıq edərək Türkiyə əleyhinə nəşrlər hazırladığı müəyyən edilib.

2016-cı İLDƏ TÜRKİYƏDƏN DEPORTASİYA

Onun haqqında daha bir məlumat ortaya çıxıb. Belə ki, jurnalist 2016-cı ilin avqustunda Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla girmək istəyərkən saxlanılıb.

O, 2016-cı ilin avqust-oktyabr aylarında "hərbi qadağan olunmuş zonanı pozmaq və casusluq" ittihamı ilə saxlanıldıqdan sonra Türkiyədən deportasiya edilib. 

”G-87” məhdudiyyət kodu ilə Türkiyəyə girişi qadağan edilən ABŞ vətəndaşı Lindsey Tayler Snellin sosial mediada PKK/YPG və FETÖ ilə əlaqədə olduğu, eyni zamanda FETÖ ilə əlaqəli "The Investigative Journal" saytı ilə əməkdaşlıq etdiyi bildirilir.

2