\"Kadırovçu\"lar döyüşdən imtina edən 3 rusu öldürdü

09:01 / 20.04.2022
1306
Ukraynanın Zaporojye əyalətində “kadırovçu”lar döyüşməkdən imtina edən 3 rusiyalı hərbçini qətlə yetirib.
 
Axar.az xəbər verir ki, bu barədə Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri İvan Arefyev deyib.
 
Bildirilib ki, Ukrayna kəşfiyyatı Poloqov rayonunda rusiyalı hərbçilərin kütləvi etiraz etməsi barədə məlumat əldə edib. Hərbçilər onlara ödəniş edilməməsi səbəbindən döyüşməkdən imtina ediblər. Onlar silahı yerə qoyaraq, evə qayıtmaq istəyiblər.
 
Bu səbəbdən “kadırovçu”lar dəstəsi etirazçıları amansız şəkildə döyərək, 3-nü qətlə yetiriblər.
1