Güclü külək nə vaxt səngiyəcək? - AÇIQLAMA

ÖLKƏ
11:10 / 21.04.2022
789

Azərbaycanda başlayan güclü şimal-qərb küləyi və rayonlarda müşahidə olunan yağıntılı hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb.

HİT.az xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, axşama doğru yağıntının kəsiləcəyi gözlənilir:

"Eyni zamanda, gündüz saatlarında güclü şimal-qərb küləyi tədricən mülayimləşəcəyi, mülayim cənub küləyinin əsəcəyi gözlənilir”,- deyə G.Məmmədova bildirib. (Trend)

0