Putin "Azovstal"a hücumu ləğv etməyi əmr etdi: "Orda milçək uçmasın"

DÜNYA
11:54 / 21.04.2022
956

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Mariupoldakı "Azovstal" sənaye zonasına hücumu yersiz adlandırıb və onun ləğv edilməsini əmr edib.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Mən sənaye zonasına hücumu məqsədəuyğun hesab etmirəm. Onun ləğv edilməsini əmr edirəm", deyə Putin bildirib.

Putin Azovstala hücumun ləğvini rus hərbçilərinin həyatını xilas etmək məqsədi ilə izah edib:

"İndi o zamandır ki, biz əsgər və zabitlərimizin həyat və sağlamlığını qorumaq haqqında düşünməliyik. Yəni biz həmişə düşünməliyik, amma daha çox... Sənaye obyektləri boyunca yerin altında sürünməyə ehtiyac yoxdur. Bu sənaye zonasını elə bağlayın ki, milçək uçmasın".

Putin həmçinin bildirib ki, "Azovstal”ı tərk edəcək ukraynalı hərbçilərə Rusiya həyat və layiqli rəftar təminat verir.

Qeyd edək ki, Ukraynalı hərbçilər zavodun ərazisində mühasirədədir.

0