"Location" klub partlayışdan əvvəl - Video

ÖLKƏ
23:53 / 21.04.2022
2489

Xəbər verdiyimiz kimi, aprelin 3-də Bakıda "Location" klubda partlayış baş verib. 

Bloger Aysel Şükürova da məkanda olanlardan və zərərçəkənlərdən biri olub. 

Bloger ötən gün həmin gecədən videolar paylaşıb. O, videoların partlayışdan bir neçə dəqiqə əvvəl çəkildiyini vurğulayıb.  

Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 4 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova, klubda əylənənlərdən 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva, aşpaz, 2001-ci il təvəllüdlü Gülbala Abdullayev, ofisiant, 21 yaşlı Ayxan Fətullazadə), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.

1