Azərbaycanda güclü, dağıdıcı zəlzələ gözlənilir? - AÇIQLAMA

ÖLKƏ
10:23 / 22.04.2022
2503

Azərbaycanda hər gün zəif dərəcədə də olsa yeraltı təkanlar olur.

Bunu Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

O deyib ki, hər gün yeraltı təkanların olması təbiidir.

"Son günlərdə Mingəçevir, Salyan, Zaqatala, Balakən tərəflərdə üç bal gücündə zəlzələlərin olması insanları qorxutmasın. Azərbaycanda qorxulu, dağıdıcı zəlzələ gözlənilmir. Təkanların çoxu zəif hiss edilir”, - deyə Q.Yetirmişli qeyd edib.

0