Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

ÖLKƏ
20:34 / 23.04.2022
723

Şəmkirdə iki avtomobil toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ" və digər minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birində olan sərnişin, 1987-ci il təvəllüdlü X.Qarayev və "VAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb. X.Qarayev xəstəxanaya yerləşdirilib.

"VAZ" markalı avtomobilin sürücüsünə isə hadisə yerində ambulator yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

0