Rusiya sabahdan Polşaya qazın verilişini dayandıracaq

DÜNYA
22:49 / 26.04.2022
1125

Polşanın dövlət qaz şirkəti “PGNiG” Rusiya Federasiyasından idxal edilən qazın dəyərini rublla ödəməkdən imtina edib.

Bu barədə “Report” şirkətin bəyanatına istinadən xəbər verir.

Bəyanatda deyilir ki, “PGNiG” şirkəti “Qazprom Export” MMC-dən aprelin 27-də, Moskva vaxtı ilə saat 09:00-dan etibarən Rusiya qazının respublikaya nəqlinin tamamilə dayandırılacağı barədə bildiriş alıb.

0