"NATO ölkələrini vuracağıq" - Kremldən sərt REAKSİYA

DÜNYA
10:51 / 27.04.2022
1522

Böyük Britaniyanın müdafiə naziri Ceyms Heppeyin Ukraynanın Rusiyanı bombalamasını dəstəklədikləri barədə açıqlaması Kremldə sərt reaksiyaya səbəb olub.

Heppey İngiltərənin Ukrayna ordusunun Rusiyanın infrastrukturunu hədəf alan hücumlarını dəstəklədiyini və bu hücumlarda Britaniya silahlarının istifadəsinin “tamamilə qanuni” olduğunu bildirib.

Bu açıqlamaya reaksiya verən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Ukraynaya silah göndərən İngiltərə və digər NATO ölkələrindəki hərbi hədəfləri də vura bilər. Zaxarova Ukraynanın paytaxtı Kiyevə qayıdan Qərb diplomatlarının da bombalarla hədəfə alına biləcəyini bildirib.

“Hərbi yüklərin logistikasını kəsmək üçün Rusiya NATO ölkələrindəki Kiyev rejimini silahla təmin edən hərbi hədəfləri də vura bilər. Bu vəziyyət Ukraynada ölüm və qan tökülməsinə səbəb olur. Başa düşdüyüm qədər, buna görə məsuliyyət daşıyan ölkələrdən biri də İngiltərədir”, - deyə  Kreml rəsmisi vurğulayıb. /"Unikal

 

0