Tarixdə İLK DƏFƏ: Parkinson xəstəsi sağaldı

ÖLKƏ
13:35 / 28.04.2022
981

Tarixdə ilk dəfə beyin implantı köməyi ilə Parkinson xəstəliy olan şəxs sağalıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 

Toni Hovels adlı pasiyentə dərin beyin stimulyasiyası cihazı yerləşdirilib. Bu qurğu beynin zədələnmiş sahələrinə elektrik impulsu göndərə bilir. Xəstənin dediyinə görə, o, əməliyyatdan əvvəl küçədə 200 metrdən çox yeriyə bilmirmiş. Əməliyyatdan sonra isə artıq 4 kilometr yol qətt edə bilib. 

Qeyd etmək lazımdır ki, hazırda dünyada Parkinson xəstələyinin dərmanı mövcud deyil.

0