Ukrayna ilə Rusiya arasında daha bir əsir mübadiləsi həyata keçirilib, 45 ukraynalı evinə qayıdıb.
Hit.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib. O qeyd edib ki, əsirlikdən qayıdanlardan 13-ü zabit, 20-si əsgərdir. Onlardan 5-i isə yaralıdır. Həmçinin 12 mülki şəxs evinə qayıdıb.