Türkiyənin sosial media seqmentlərində Qədr gecəsi ilə bağlı yayılan paylaşım etirazlara səbəb olub.
"PEGACUS” şirkətinin işçiləri olduğu iddia edilən bir qrup gənc Qədr gecəsi içki məclisi təşkil edib. Onlar məclisdə çəkilən fotonu sosial mediada paylaşaraq “Qədr gecəsi özəl” qeydini yazıblar. Fotonun yayılması etirazlar yaradıb. Etirazların yayılmasından sonra fotodakı şəxslər sosial media hesablarını bağlayıb. Şirkət isə hadisə barədə hələlik açıqlama verməyib.