Braziliyalı Uolter Ortman 15 yaşında işə düzəldiyi şirkətdə 84 ildən çox çalışıb.
Hit.az xəbər verir ki, Uolter 1938-ci ilin yanvarında “ReneauxView”də çatdırılma üzrə köməkçi olaraq işə başlayıb. Vaxt keçdikcə o, satıcı, sonra satış meneceri vəzifəsinə yüksəlib.
2022-ci ilin aprelində Ortmanın 100 yaşı tamam olub. Onun eyni şirkətdəki uzun müddətli karyerası Ginnesin Rekordlar Kitabı tərəfindən sertifikatlaşdırılıb.
Bu müdrik, intizamlı və çalışqan insan 2019-cu ildə əmək kitabçasındakı iş stajı 81 il 85 gün olmaqla rekord qazanmağa müvəffəq olub.