Putin Təhlükəsizlik şurasını TOPLAYIR

DÜNYA
15:37 / 29.04.2022
1436

Rusiya prezidenti Putin Təhlükəsizlik şurasını toplayır.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclasda Əfqanıstandakı vəziyyət kontekstində ölkənin təhlükəsizlik məsələlərinin, o cümlədən cənub istiqamətində müzakirələr edilməsini təklif edib.

"Ölkənin təhlükəsizliyinin təmin edilməsi baxımından diqqətimizi çəkən məqam təbii ki, Ukraynada xüsusi hərbi əməliyyatlar, Donbassdakı xalqımıza yardımın göstərilməsi ilə bağlı hadisələrdir. Ölkəmizin, o cümlədən cənub istiqamətində təhlükəsizliyinin təmin edilməsi baxımından böyük maraq doğuran digər məsələlər də var, ona görə də bu gün biz Əfqanıstanda və ümumilikdə bu regionda baş verən hadisələrlə bağlı məsələni müzakirə edəcəyik". - Putin bildirib.

0