"Putin hərbi parada heç bir dövlət liderini dəvət etməyib" - Kreml

DÜNYA
17:51 / 29.04.2022
922

"Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Qələbə Günü münasibəti ilə Moskvada keçiriləcək hərbi parada heç bir dövlət liderini dəvət etməyib. Çünki bu, yubiley tarixi deyil".

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Belarus Prezidenti Alekasndr Lukaşenko da mayın 9-da Moskvaya səfər etməyi planlaşdırmır.

Qeyd edək ki, keçmiş müttəfiq respublikalarının bəzilərində Qələbə Gününə həsr edilən parad keçirilməyəcək. Latviya Qələbə Günü əvəzinə Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynada həlak olanların xatirəsi günü kimi qeyd edəcək. //report

0