Sloveniya Ukraynaya maliyyə yardımı edəcək

DÜNYA
20:56 / 30.04.2022
1081

Sloveniya hakimiyyəti Ukraynaya 179 min avro həcmində maliyyə yardımı ayıracaq.

“Sloveniya Ukraynaya mobil telefonlar, kompüterlər, qaz generatorları, antenlər və kabellər şəklində maddi yardım göstərəcək”, - deyə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Ukraynaya monitorlu 40 dəst stolüstü kompüter, 60 notbuk, iki min anten və 39 ədəd kabel göndəriləcək. Yardımın ümumi məbləği 179 165 avro təşkil edəcək.

Mart ayında Sloveniya hakimiyyəti Ukraynaya yardım kimi silah, sursat və dəbilqə göndərmək qərarına gəlmişdi. Respublika Müdafiə Nazirliyinin rəhbəri Matey Tonin qeyd edib ki, söhbət “Kalaşnikov” avtomatlarından gedir.

0