Postsovet məkanı klublarında ən çox çempionluq yaşayan baş məşqçilərin siyahısı açıqlanıb.
Hit.az Apasport.az-a istinadən xəbər verir ki, ən azı 5 titul sahibi olan “Top-10”da Qurban Qurbanov da yer alıb.
“Qarabağ”la 7 dəfə çempion olan mütəxəssis keçmiş SSRİ-də 4-cüdür.
O, “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukla şərikdir. 8-ci zəfərin astanasında olan Qurbanov rusiyalı Oleq Romantsevə də çatacaq.
1. Aleksandr Starkov (Latviya) - 12
2. Mirça Luçesku (Rumıniya) – 9
3. Oleq Romantsev (Rusiya) – 8
4. Qurban Qurbanov (Azərbaycan) – 7
4. Roman Qriqorçuk (Ukrayna) – 7
6. Viktor Qonçarenko (Belarus) – 6
7. David Kipiani (Gürcüstan) – 5
7. Yuri Sarkisyan (Ermənistan) – 5 7. Valdas Urbonas (Litva) – 5
7. Vardan Minasyan (Ermənistan) - 5