Serbiya hökuməti xarici turistlər üçün bütün anti-COVID məhdudiyyətlərini ləğv edib.
“Çərşənbə axşamı, mayın 3-dən həm xarici vətəndaşlar, həm də ölkə vətəndaşları üçün yoluxucu koronavirus xəstəliyi ilə əlaqədar Serbiya Respublikasına şəxslərin girişinə qoyulan bütün nəzarət tədbirləri və məhdudiyyətlər dayandırılır”, - deyə hökumətin mətbuat xidməti məlumat yayıb.
Bundan sonra Serbiya vətəndaşları və əcnəbilərdən ölkəyə daxil olarkən mənfi PCR testi, peyvənd olunmaları barədə və ya xəstəliyi keçirmələri ilə bağlı sənəd tələb olunmayacaq.
Qeyd edək ki, Xorvatiya, İsveç, İsveçrə, Sloveniya və İtaliya kimi Avropa ölkələrində də turistlərin ölkəyə girişi ilə bağlı məhdudiyyətlər tam və ya qismən aradan qaldırılıb.