Qara dəniz hövzəsində Zmeinıy adasından bir qədər aralıda Rusiyaya məxsus "Admiral Makarov” döyüş gəmisi yanır.
İlkin məlumata görə, gəmidə partlayış baş verib, nəticədə gəmi alovlanıb.
Hazırda hadisənin səbəbi barədə dəqiq məlumat yoxdur, ancaq gəminin Ukraynanın "Neptun” gəmi əleyhinə raketi ilə vurulduğu ehtimal olunur.
Qeyd edək ki, "Admiral Makarov”dakı partlayışla bağlı xəbər ötən gecə sosial şəbəkələrdə yayılsa da, məlumat bu gün təsdiqlənib.
Ölən və ya xəsarət alanlarla bağlı məlumat verilməyib.
Xatırladaq ki, aprel ayının ortalarında Ukrayna Ordusu tərəfindən Rusiyaya məxsus 750 milyonluq "Moskva” gəmisi məhv edilmişdi. "Forbes”un məlumatına görə, bu gəmi Ukrayna ilə müharibədə Rusiyanın ən bahalı hərbi itkisi olub.