ABŞ-da yeni məhdudiyyət tətbiq edilib.
HİT.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Qida və Dərman İdarəsi (FDA) yerli əczaçılıq şirkəti Johnson & Johnson (J&J) tərəfindən hazırlanmış COVİD-19 peyvəndinin təcili istifadə icazəsini məhdudlaşdırıb.
Qeyd edilib ki, J&J COVİD-19 peyvəndinə tətbiq edilən icazə limiti şirkətin dəstəkləyici vaksinlərini də əhatə edir.
Tək doza olaraq tətbiq edilən J&J COVİD-19 peyvəndi ilə bağlı bəzi xəstələrdə laxtalanmaya səbəb olduğuna dair xəbərlər dərc olunub və FDA bu mövzuda araşdırmaya başladığını açıqlayıb.
Qeyd edək ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, indiyədək ölkədə 18,7 milyon insan J&J COVİD-19 peyvəndi olunub. //azxeber