Daha bir azərbaycanlı zabit Ukraynada yaralandı

ÖLKƏ
13:18 / 07.05.2022
1035
Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti yaralanıb. Hit.az report-a istinadən xəbər verir ki, bu, əslən Azərbaycanın Ağdam rayonundan olan Əliyev Ruslan Müslim oğludur. O, Ukrayna ordusunun baş leytenantıdır, Ukrayna vətəndaşıdır və Donbas istiqamətində yaralanıb. Hazırda R.Əliyev Vinnitsa vilayət xəstəxanalarının birində müalicə alır. Onun vəziyyətinin normal olduğu bildirilib.
0