Türkiyə ordusu Suriyanın şimalında 11 YPG silahlısını (PKK-nın Suriya terror qanadı) zərərsizləşdirib.
HİT.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
"Türkiyə Silahlı Qüvvələri bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edir. Silahlılar “Sülh mənbəyi” və “Zeytun budağı” əməliyyatları zonalarına hücuma hazırlaşırdılar", - deyə nazirlik qeyd edib.