"Həyat yoldaşımın ölümünə qızımın xəstəliyi səbəb oldu"

MAQAZİN
09:13 / 09.05.2022
1699
Xalq artisti Ofeliya Sənani mərhum həyat yoldaşı, ssenarist Valid Sənaninin ölüm səbəbini açıqlayıb. 
 
Axşam.az xəbər verir ki, teleaparıcı bu haqda "Onun sirri" proqramında danışıb. O, "Valid Sənaninin ölümünə səbəb nə oldu" sualına belə cavab verib:
 
"İndi elə sevgi yoxdur. O, başqa insan idi. Hamıyla mehriban idi. Valid Sənaninin ölümünə səbəb qızımın xəstələnməsi oldu. O, dərdə dözmədi. Onla düşdü və həmin xəstəliklə getdi. Bir il yataq xəstəsi oldu: ayağı işləmirdi. Onu kürəyimdə aparırdım, əl-üzünü yuyurdum. Ayaq vannaya girmirdi. Otuzdururdum onu, ayağını vannaya sallayırdım, yuyurdum. Körpə uşaq kimi baxırdım ona. O, o günə qaldı".
 
O.Sənaninin qızı Lalə Sənani "Xəstəxanada idim, atam pis oldu. Mən sağaldım, onun xəstəliyi inkişaf etdi. Əvvəl düşünmürdük, sonradan ağlıma gəldi ki, stresdən atam o xəstəliyi tapdı. Özümdə güc tapdım, xəstəliyi dəf etdim. Amma ata, ana övladın xəstəliyinə dözmür" sözlərini söyləyib.
 
Qeyd edək ki, V.Sənani 2011-ci ildə dünyasını dəyişib. 
 
0