Laçında qəzaya uğrayan “Ural” hərbi təyinatlı olub? - YENİLƏNİB

ÖLKƏ
12:18 / 09.05.2022
862

Müdafiə Nazirliyi Laçında qəzaya uğrayan “Ural” markalı avtomobilin hərbi təyinatlı olması iddialarına cavab verib.

Qurumdan oxu.az-a verilən məlumata görə, Nazirliyin tabeliyinə aid hərbi hissələrdə belə bir hadisə baş verməyib.

Qeyd edək ki, qəzaya uğrayan yük maşınının hərbi təyinatlı olduğu iddia edilirdi.

*** 11:08

Laçında avtomobil aşıb, ölən var.

Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Mayın 6-da saat 17 radələrində Laçın rayonunun Seyidlər kəndi ərazisində Namiq Səmədov idarə etdiyi “Ural” markalı avtomobili aşırmış və nəticədə hadisə yerində ölüb.

Laçın RPŞ-də araşdırma aparılır.

1