Rəşad Dağlıya qarşı dələduzluq: "Adımdan istifadə edib... " - FOTO

MAQAZİN
11:47 / 09.05.2022
1583

Meyxanaçı Rəşad Dağlı dələduzluqla üzləşib. 

HİT.az xəbər verir ki, naməlum şəxslər sosial şəbəkələrdə onun adından saxta profillər açaraq pul qazanırlar.

Bu haqda Rəşad sosial şəbəkədə bildirib.

Meyxanaçı insanları bu saxta profillərə aldanmamağa çağırıb:

"Salam əziz izləyicilərim. Adımızdan bir neçə Tik-tok səhifəsi açılıb. Bəziləri fan səhifə olsa da, bəziləri canlı yayım açıb, şəkilimdən istifadə edib izləyiciləri aldadırlar. Mənim Tik-tok profilim yoxdur. Belə saxta profillərə aldanmayın".

0