Bu tarixlərdə utilizasiya prosesi həyata keçiriləcək - XƏBƏRDARLIQ

ÖLKƏ
12:46 / 10.05.2022
1079

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə HİT.az-a Müdafiə Nazirliyindən bildirilib:

Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 11.05.2022-ci il tarixdən 14.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

1