Ağdamda çoban minaya düşdü

ÖLKƏ
17:09 / 12.05.2022
637

Ağdamda çoban minaya düşdü.

HİT.az xəbər verir ki, hadisə keçmiş təmas xəttinə yaxın ərazidə baş verib. Ağdamın Çəmənli kənd sakini, 1982-ci il təvəllüdlü Bəxtiyarov Rəşad Murtuza oğlu qoyun otararkən minaya düşüb.

Yaralanan şəxs Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

0