Sabiq icra başçısının oğlu Moskvada bina tikintisi biznesinə başladı - FOTO

İQTİSADİYYAT
11:05 / 16.05.2022
1201

Mingəçevir şəhəri və Zərdab rayonun keçmiş icra başçısı (2005-2019) Lütvəli Babayevin oğlu Babəli Babazadə Azərbaycandakı biznesini Rusiyaya köçürüb.

HİT.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalisti Cavanşir Həsənli məlumat yayıb.

Onun sözlərinə görə, Babəli Babazadə Moskvada "Liqa-Stroy" Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LİQA-STROY) təsis edib. Qanuni təmsilçisi Rusiya vətəndaşı Kirill Ayvenqoviç adlı şəxs olan şirkətin nizamnamə kapitalı 100 min rubldur. "Liqa-Stroy" Rusiya paytaxtında binaların inşası üçün lisenziya alıb.

Lütvəli Babayevin oğlu atası Zərdab rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışarkən Azərbaycanda "BLB" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİ (açması Babəli Lütvəli Babazadə) təsis etmişdi.

Keçmiş icra başçısının ailəsinə məxsus daha bir şirkət - "TOP POİNT" Lütvəli Babayevin ailə üzvlərindən biri Rübabə Babayevaya məxsusdur. Hər iki MMC akademik Mirəli Qaşqay küçəsi ev 63A, mənzil 26 ünvanında hüquqi qeydiyyatdadır.

1