Türkiyədə "Eren" antiterror əməliyyatının növbəti mərhələsi başlayıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Eren Abluka-10" adlı əməliyyatda 915 şəxsi heyət iştirak edir.
Əməliyyatın ilk günündə bölgəyə hücuma çalışan 1 terrorçu zərərsizləşdirilib.