"Real Madrid"i "Sixth Street" investisiya şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Fanat.Az İspaniya nəhənginin rəsmi saytına istinadən xəbər verir ki, sözləşmə 20 il qüvvədə qalacaq.
Bu müddətdə paytaxt klubu 360 milyon avro qazanacaq.
Klub investisiya şirkətinin ödəyəcəyi pulla ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunu yeniləməyi planlaşdırır.
"Sixth Street" isə bilet satışından başqa, arenadakı tədbirlərdən götürüləcək qazancın 30 faizinə sahib çıxacaq.