Salahzadələri Rəsul Quliyevə uduzduran məhkəmə ağır saxtakarlıqda ittiham olunur - İDDİA

ÖLKƏ
12:52 / 23.05.2022
984

Salahzadə Qabil Aslan oğlu, Salahzadə Xatirə Allahşükür qızı, Salahzadə Zenfira Hacıbaba qızının İbrahimov Ağasif Şakir oğluna qarşı Sabunçu rayon məhkəməsində qaldırdığı iddia əsasında 17.05.2022-ci il tarixində qətnamə çıxıarılıb. 

Qətnamədə cavabdeh şəxsə qarşı "daşınmaz əmlaka hüququların bərpa olunması və maneələrin aradan qaldırılması" iddiası qəbul olunmayıb və məhkəmə iddianı rədd edib.

İddiaçılar məhkəmədən Daxili İşlər Nazirliyinin istirahət evinin cənub şərq hissəsində yerləşən Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şosesi 1, 2 və 3 ünvanlarına münasibətdə İbrahimov Ağasif Şakir oğlu tərəfindən şəxsi evlərinə istifadəyə yaradılmış maneənin aradan qaldırılmasını, şəxsi evlərinin və torpaq sahəsinin özlərinə qaytarlması barədə qətnamə çıxarlmasını xahiş edib.

Ərizədə göstərilir ki, sözügedən ünvanların Bakı Apellyasiya Məhkəməsinin 17.03.2010-cu il tarixli icra vərəqəsi üzrə Salahzadə Qabil Aslan oğlunun keşmiş spiker Rəsul Quliyevin arvadı və digər ailə üzvləri – Quliyeva Zemfira Əkrəm qızına, Bağırova xanım Rəsul qızına, Quliyev Pərvin Rəsul oğluna, Quliyeva Elmira Hüseynqulu qızına, Quliyev Ziya Rəsul oğluna məxsus ünvanlardan çıxarılması tələb olunur. Qərarda o da göstərilir ki, bü ünvanların hər birinin cavabdeh şəxslərə, yəni Quliyevlərə məxsus orderləri var. 

Salahzadə Qabil Aslan oğlu isə iddia edir ki, bu orderlər saxtadır və onlara qarşı atılan bu addımlar qeyri-qanunidir. Q.Salahzadə onu da bildirir ki, bu icra işinə xitam verilməsinə baxmayaraq, icraçılar həmin ünvanların boşaldılamsını tələb ediblər. 

İddiaçılar Sabunçu rayon məhkəməsinə ünvanlanan ərizədə onu da vurğulayırlar ki, icraçılar həmin ünvanlara gələrək, mənzillərdə Salahzadələrin və onların ailə üzvlərinin olmadığını dəqiqləşdirdikdən sonra evlərə basqın ediblər. Ağasif İbrahimov və Sabunçu rayon icra şöbəsi əməkdaşları qanunsuzluq etmiş, hətta icra vərəqəsi üzrə 1926, 1927, 1928, 1929, 1931saylı bağ sahələrindən iddiaçıların çıxarılması nəzərdə tutulduğu halda qanunu əsaslarla onlara məxsus üçmərtəbəli 1 ədəd yaşayış evindən, ikimərtəbəli 1 ədədə yaşayış evindən, iki ədəd birmərtəbəli yaşayış evindən, kubik daşlarla tikilmiş 4 ədədə kottec tipli tikilidən, qanunsuz mərhum edilməklə ailə üzvlərinin digər çoxsaylı mülkiyyət hüquqları pozulmuşdur. 
İbrahimov Ağasif Şakir oğlu isə məhkəmədə qeyd edib ki, iddiaçıların sadaladıqları həmin evlər sahələr onların istifadəsindədir və yalnız icra vərəqində göstərilən ünvanların boşaldılması təmin olunub. Cavabdeh iddianın əsassız olduğunu söyləyib. 

Qətnamədə təqdiqlənir ki, Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi üçmərtəbəli 1 ədəd yaşayış evinin, ikimərtəbəli 1 ədədə yaşayış evinin, iki ədəd birmərtəbəli yaşayış evinin, kubik daşlarla tikilmiş 4 ədədə kottec tipli tikilinin Salahzadələrin mülkiyyətində olmasına dair qeydiyyat vərəqəsi verib. 

1926, 1927, 1928, 1929, 1931saylı bağ sahələrinin boşaldılamsı isə 16.07.2010-cu ildə Ali Məhkəmənin qərarında əksini tapıb. 
Sonuncu – Sabunçu Məhkəməsinin çıxardığı qətnamədə yazılır ki, Q.Salahzadə mübahisəli bağ sahəsinin açarlarını 26.09.2021-ci ildə icra məmurlarına könüllü təhvil vermişdir. 

Sabunçu Məhkəməsi iddiaçıların iddiasını rədd etməsinə belə yadınlıq gətirir ki, iddia əsaslandırılmır, şikayətçilər özlərinin qanunu sahibliyini sübut edə bilmirlər, Zaqulba şosesi 1, 2, 3 nömrəli evlərin mübahisəli sahəylə əlaqəsi olduğu sübuta yetirilmir. 

Məhkəmə qanunveicilikdə əksini tapan bəzi hallar da əsas gətirərək şikayətçilərin iddialarını rədd etmək barədə qərar çıxarıb. 

İddiaçı Həmidağa Camalov bu hadisə ilə bağlı “Rupor”a açıqalma verib. O, bu iş üzrə növbəti dəfə saxta qərar çıxardığını bildirərək, məsələlərə aydınlıq gətirmək məqsədi ilə bəzi məqamları söyləyib. Sonuncu qətnamədə nəzərə alınmayan faktları şikayətçinin təqditamtı ilə ümumiləşdirərək belə bir nəticəni təqdim edirik: 
 
1. Əmlak Komitəsindən hakimə rəsmi olaraq 15.04.2022 ci il № 223020412092 nömrəli cavab məktubunda bildiri ki, 1.1531 hektar sahədə ümumi hasar daxilində torpaq və fərdi yaşayış evləri mövcuddur, ancaq hakim Əmlak Komitəsinin məktubunu nəzərə almır və qərar çıxarır ki, 8 ədəd ev yoxdur.
2. Biz sübutlarla göstəririk ki, evləri 1992-1994 cü ildə tikmiş. Qonşular şahiddirlər. Hakim Tahirə Əsədova qərar verir ki, evlər Rəsul Quliyev tərəfindən tikilib.
3. Biz sübut edirik ki, torpaq Abşeron rayonun “Zəfəran” sovxozuna aiddir. Hakim Tahirə Əsədova isə qərar verir ki, yox Bakı Bağlar İdarəsinə aiddir.
4. 40 ildən çoxdur ki, bağın bizim ailəyə məxsus olduğunu faktlarla, sənədlərlə sübut edirik, hakim Tahirə Əsədova isə ərazinin Rəsul Quliyevə məxsus olduğu barədə qərar çıxarır. 
5. Biz Tahirə xanımdan soruşuruq: Nəyə əsasən sən belə qərar verirsən,  məgər alqı-satqı notariusda olub və ya sən mütəxəssis rəyi almısan, Əmlak Komitəsindən mütəxəssis dəvət etmisən? Niyə müvafiq dövlət qurumlarından rəy almadan belə bir qərar çıxarısan? Sifarişçiniz kimdir? 6 . Torpağımızda əkdiyimiz ağaclara çəkdiyimiz işıqları, suları, qazın ödəniş qəbzlərini, 40 ildən artıq verdiyimiz torpaq və ev vergisi sənədlərini hakimə təqdim edəndə cavab verə bilmir. 
 
H.Camalov hakim Əşir Səmədov, Sabunçu rayon Məhkəməsinin sədri İlqar Abasovun da bu iddialar qarşısında aciz qaldqlarını, saxtakarlıqlarına don geyindirə bilmədikərini, çıxardıqları qətnamələrin bir sözünü belə əsalandırmağı bacarmadıqlarını deyir: 
 
“Hələ də biz təəccüb içərisindəyik ki, ömürünü, həyatını dövlətimizin inkişafına, ali rəhbərimizin siyasətinə həsr edən Salahzadələrə qarşı daim müxalifətdə olan, dövlətimizin, ali rəhbərimizin ünvanına tənqidlər səsləndirən, qaçıb ABŞ-da gizlənən Rəsul Quliyevə saxtakarcasına uduzdururlar. Görünür hakimlər təqaüdə Rəsuldan aldıqları küllü miqdarda çirkli pullarla çıxamaq istəyirlər ki, sonrakı həyatlarında yesinlər. Yoxsa cavan hakimlər niyə bu işlərə baxmırlar. Köhnə “qurdlara”, 5 ci kalon nümayəndələrinə bu işləri Sabunçu rayon Məhkəməsinin sədri İlqar Abbasov tapşırıb. Bu həmin İlqar Abbasovdur ki,70 yaşı tamam olub, bu həmin Əşir Səmədovdur ki, 65 yaşı var, bu həmin Tahirə Əsədovadır ki, 63 yaşındadır. Sabunçu rayon Məhkəməsinin hakimi İlqar Abbasov 2 saat təkbətək bacım oğlu Hacı Qaliblə söhbət edib və deyib ki, bu göstəriş Prezident Aparatından gəlib. Hətta belə söz işlədib ki, Hacı Qalibin həbs olunması ilə bağlı da göstəriş var. Bu sözləri məhkəmə icraçıları Daşqın Həsənquliyev, Füzuli Hüseynov da Qalib bəyə deyib. Qorxularından o sifarişçinin adını çəkmirlər.

İndi biz nə etməliyik.Müxtəlif təşkilatlara 1000 dən artıq şikayət ərizəsi göndərmişik. Bir adam bizə müraciət edib soruşmur ki, Vətən xaini Rəsul Quliyevlə sizin mübahisəniz nəyə görədir? Ağasif Şakir oğlu 33 yaşlı uşaqdır. Özünə oxşayan bir uşaqla bacım oğlu Hacı Qalibin yanına gəlib əvvvəlcə 500 min, sonra 300 min manat pul istəyiblər ki, verməsəz biz sizi şantaj edəcəyik. Bacım oğlu onları otağından qovub ki, mən müxalifətə heç vaxt bir qəpik pul verən deyiləm, Rəsul Qiliyevə də heç bir borcum yoxdur. Sizin iddia etdiyiniz torpaq sahəsi Rusiya Səfirliyinin ərazisidir. Hal-hazırda da boş sahə kimi qalıb. Axtarışda olan Vətən xaini Rəsul Quliyevi hakim Tahirə Əsədova, Sabunçu rayon Məhkəməsinin sədri İlqar Abbasov, Sabunçu rayon Məhkəməsinin hakimi Əşir Səmədov  müdafiə edir. Ya hüquq mühafizə orqanları xalqı aldadır, ya da Sabunçu rayon Məhkəməsinin hakimləri. Hakim özü göstərir ki, bizə məxsus evlərin qeydiyyat vəsiqəsi var və biz həmin evlərdə qeydiyyatdayıq. Bağ sahələri harada yerləşir və əllərində olan bağlar hansı əraziyə düşür? Ağasifin 2010 cu ildə neçə yaşı olub ki, (10 yaşı olub) məhkəmə icraçıları ilə birlikdə prosesdə iştirak edib. Hakim Tahirə Əsədova yalan danışır . Qətnamədə göstərir ki, kimsə bacım oğlu Hacı Qaliblə əlaqə saxlayıb danışıb. Bizimlə heç kəslə əlaqə saxlamayib. Bəlkə Tahirə Əsədovanın həyat yoldaşı bizimlə əlaqə saxlayıb bilmirəm. Deyirlər o da hakim işləyir. Həmin bağ sahələrinin harada yerləşdiyini göstərən xəritələt var. Niyə mütəxəssisi çağırıb bağ sahəsinin necə və harada yerləşməsi haqda rəy almırlar? 2010 cu ildə çıxan qətnamə ancaq boş torpaq sahəsindən gedir, evlərdən yox. Bir də ünvan göstərilmir ki, Ağasif “bəyin” əlində olan sənədlərdə ünvan da göstərilmir. Bizim əlimizdə olan sənədlərdəsə evlərin həm ünvanı var, həm də göstərilir ki, 3 evin neçə və nə qədər sahəsi var. Bu faktları Tahirə Əsədova çıxardığı qətnamədə təsdiq edir. Bir nüansı da söyləyim:  Tahirə Əsədova Rəsul Quliyevin adını heç yerdə çəkmir. Ağasifin əlində olan etibarnamədə saxta ola bilər. Bir sözlə, bizə qarşı mox böyük saxtakarlıq aktı həyata keçirilir. Biz imkan verə bilmərik ki, haqq nahaqqa uduzsun. Bu işləri görənlər çirkin mafiyadır və bir başa dövlətin hüquq sütununa zərbə vururlar. Bunun adı xəyanətdən başqa bir şey deyil. Ancaq qoy bilsinlər ki, biz sona qaədər mübarizə aparıb haqın nahaqqa ucuamasına imkan verməyəcəyik”.

Mənbə: rupor.az

0