Kamilənin AzTV-dəki verilişi bağlandı

ÖLKƏ
14:38 / 26.05.2020
1248

Kamilə Babayevanın aparıcısı olduğu “Görüş yeri” verilişinin yayımı dayandırılıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, AzTV-də yayımlanan layihənin hansı səbəbdən bağlandığı bəlli deyil. Aparıcının yeni mövsümdən başqa proqramla kamera qarşısına keçəcəyi bildirilir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumatı Axşam.az-a təsdiqləyib.

0